10 Fevral 2015

Oktyabr ayında başlayan “Təhsil haqqı” layihəsi Media FM-in Ad Günündə, fevralın 10-da sona yetdi! Seçmə mərhələsindən sonra layihədə qalan 30 tələbənin arasında keçirilən mübarizə, onlardan birinin gələn ilin təhsil haqqısına sahib çıxması ilə nəticələndi. Finala qədər gəlib çıxan ADA Universitetinin tələbəsi Yusif Fətəlizadə və Tibb Universitetində təhsil alan Nigar Tagizade canlı efirdə sonuncu dəfə qarşı-qarşıya gəldilər. Digər görüşlərdən fərqli olaraq finalda iştirakçıların oyununu müşahidəçilər izlədilər. Söhbət – Təhsil Nazırliyinin Elm və Ali Təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov və Media FM radiostansiyasının icraçı direktoru Tural Əliyevdən gedir.

Categories: Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *