13 Mart 2015

Martın 16-da unudulmaz Vaqif Mustafazadənin 75 illik yubileyi ilə əlaqədar Bakıda “Vaqifsayağı” caz festivalı keçiriləcək.

Media FM da tədbirə qatılaraq bir efir gününü görkəmli cazmenin xatirəsinə həsr edəcək. Həmin gün caz-muğam üslubunun banisi olan musiqiçinin əsərləri 105.5 dalğasını zənginləşdirəcək. “Bamboleo”, “Stolova-Lova”, “CoMediya FM” və, nəhayət, “Elektroşok” Vaqif Mustafazadə yaradıcılığını işıqlandıracaq. 

Martın 16-da Media FM Vaqif Mustafazadə aləminə qapını açır. Siz də qonaq olun!

Categories: Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *